• 13.12.2019

AİB Gürcüstana 255,1 milyon avro ayırıb

 AİB Gürcüstana 255,1 milyon avro ayırıb

Asiya İnkişaf Bankı (AİB) Gürcüstanda yol tikintisinə 255,1 milyon avro vəsait ayırıb.

NewsBureau xəbər verir ki, bununla bağlı Gürcüstanın maliyyə naziri İvane Maçavarianvi və AİB-in ölkədəki daimi nümayəndəliyinin direktoru Şeyn Rozental arasında saziş imzalanıb.

Maliyyə resursu Gürcüstanın əsas sürət avtomagistralı olan Şərq-Qərb yolunun gələcək inkişafına yönəldiləcək.Vəsait 14,7 kilometr uzunluqda olan dörd zolaqlı Şorapani-Arqveta yol hissəsinin inşası və yol hərəkətinin təhlükəsizliyinin artırılmasına xərclənəcək.

Gürcüstanın tranzit ölkə funksiyasının möhkəmləndirilməsinə müsbət təsir edəcək layihə çərçivəsində 14 körpü və 12 tunel tikiləcək.

Gürcüstanın Avtomobil Yolları Departamentinin həyata keçirəcəyi layihənin 2025-ci ilin iyun ayında başa çatdırılacağı nəzərdə tutulub.

Mənbə: Report

Oxşar xəbərlər