• 13.12.2019

Gürcüstan Azərbaycana 22 ton naringi ixrac edib

 Gürcüstan Azərbaycana 22 ton naringi ixrac edib

Gürcüstandan bu ilin noyabrın 20-nə əsasən, 1,658 ton naringi ixrac olunub.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Gürcüstandan naringi idxal edən ölkələrin ilk beşliyində birinci yeri 905,7 tonla Rusiya tutub. Siyahıda daha sonra Ermənistan (467,7 ton), Ukrayna (221,9 ton), Latviya (40,6 ton) və Azərbaycan (22 ton) yer alıb.

Gürcüstanda builki sitrus meyvələr yüksək keyfiyyətə malik olduğundan onların ixraca yönəldilməsi və daxili bazarda reallaşdırılması imkanları artıb.

Oxşar xəbərlər