• 13.08.2020

Gürcüstanda işsizlik 11,1% təşkil edir

 Gürcüstanda işsizlik 11,1% təşkil edir

Bu ilin III rübündə Gürcüstanda işsizlik səviyyəsi 11,1% olub.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə ölkədə işsizlik 1,1% azalıb.

Şəhər yerlərində işsizlik 16,6%, kənd yerlərində isə 5,5% təşkil edib.

Qadınlar arasında işsizlik səviyyəsi 10,2%, kişilər arasında isə 11,9%-ə bərabər olub.

Digər xəbərlər