• 13.08.2020

Gürcüstan hava limanlarında sərnişindaşıma artıb

 Gürcüstan hava limanlarında sərnişindaşıma artıb

Bu ilin ilk 10 ayı ərzində Gürcüstanın hava limanlarında 4 555 673 sərnişinə xidmət göstərilib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyi məlumat yayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə aeroportlarda sərnişin axınında 4% artım qeydə alınıb.  

Oktyabr ayında yalnız Tbilisi beynəlxalq hava limanında sərnişindaşımada azalma olub. Hesabat ayında aeroport 284 442 sərnişinə xidmət göstərib ki, bu da illik müqayisədə 15% azdır.

Digər xəbərlər