• 17.11.2019

Tbilisidən Abu Dabiyə birbaşa uçuş olacaq

 Tbilisidən Abu Dabiyə birbaşa uçuş olacaq

2020-ci ilin martından etibarən “Etihad Airways” şirkəti Tbilisidən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi şəhərinə birbaşa aviareyslər yerinə yetirməyə başlayacaq.

NewsBureau xəbər verir ki, bu barədə Tbilisi hava limanının mətbuat xidməti məlumat yayıb.

Yay mövsümü ərzində aviaşirkət sərnişinləri “Airbus 321” tipli təyyarələrdə daşıyacaq.

“Etihad Airways” 2013-cü ildən başlayaraq Tbilisi hava limanına yük daşımaları həyata keçirir.

Qeyd edək ki, 2003-cü ildə yaradılan “Etihad Airways”  BƏƏ-nin ən böyük ikinci aviaşirkətidir. Şirkət 400 istiqamət üzrə uçuşlar həyata keçirir.

Oxşar xəbərlər