• 17.11.2019

Gürcüstan şərab ixracından 195 mln dollar gəlir əldə edib

 Gürcüstan şərab ixracından 195 mln dollar gəlir əldə edib

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın şərab ixracı 11% artıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyi məlumat yayıb.

Hesabat dövründə Gürcüstandan 53 ölkəyə, təxminən, 75,6 mln. şüşə şərab satılıb.

Şərab ixracından ölkə 195 mln. dollar gəlir əldə edib ki, bu da illik müqayisədə 20% çoxdur.

Gürcü şərabını ən çox idxal edən ölkələrin ilk beşliyinə Rusiya, Ukrayna, Çin, Polşa və Qazaxıstan daxil olub.

Oxşar xəbərlər