• 17.11.2019

Gürcüstan və Hindistan arasında birbaşa uçuş reysləri açılacaq

 Gürcüstan və Hindistan arasında birbaşa uçuş reysləri açılacaq

Hindistanın “IndiGo” aviaşirkəti 2020-ci ildən etibarən Deli-Tbilisi reyslərini həyata keçirməyə başlayacaq.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.

“IndiGo” Deli-Tbilisi-Deli istiqaməti üzrə ilk reysi martın 5-də yerinə yetirəcək.

Hindistan aviadaşıyıcısı Tbilisidə 2020-ci ilin oktyabrın 30-na qədər uçuşlar həyata keçirəcək. 2019-2020-ci ilin qış mövsümündə “IndiGo” 5-28 mart tarixləri arasında həftədə yeddi dəfə “Airbus A320” və “A321” təyyarələrində uçuşlar yerinə yetirəcək.

Qeyd edək ki, bu günə qədər Gürcüstan və Hindistan arasında birbaşa uçuş reysləri olmayıb. Müvafiq saziş 2018-ci ilin aprelin 11-də imzalanıb.

Oxşar xəbərlər