• 17.11.2019

Gürcüstandan Azərbaycana avtomobil ixracı artıb

 Gürcüstandan Azərbaycana avtomobil ixracı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 15 261 ədəd və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə çox avtomobil idxal edib.

Bu barədə “Report”un Gürcüstan bürosuna qonşu ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, 9 ay ərzində Gürcüstandan Azərbaycana ixrac edilmiş minik avtomobillərinin ümumi dəyəri 163,899 milyon ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 38,2% çoxdur.

Oxşar xəbərlər