• 17.11.2019

Gürcüstan iqtisadiyyatı 5%-dən çox artıb

 Gürcüstan iqtisadiyyatı 5%-dən çox artıb

Sentyabr ayında Gürcüstanda ÜDM-in real artım tempi 5,2% təşkil edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Bu ilin ilk doqquz ayında ÜDM-in real artım tempi isə 5% olub.

Sentyabrda tikinti, nəqliyyat, ticarət, hotel və restoranlar, istehsal sahəsində artım, dağ-mədən sənayesi, ictimai, sosal və fərdi xidmət sahlərində isə azalma qeydə alınıb.

Oxşar xəbərlər