• 17.11.2019

“Ryanair” Gürcüstana uçuşlara başlayır

 “Ryanair” Gürcüstana uçuşlara başlayır

İrlandiyanın “Ryanair” aşağı büdcəli aviaşirkəti Tbilisi və Kutaisi istiqamətlərinə müntəzəm reysləri həyata keçirməyə başlayır.

NewsBureau xəbər verir ki, Tbilisi Beynəlxalq Hava Limanına ilk reys noyabrın 6-da yerinə yetiriləcək.

Gürcüstanın Mülki Aviasiya Agentliyi aviadaşıyıcıya ölkəyə reyslərin yerinə yetirilməsi üçün müvafiq icazəni bu ilin oktyabrın 24-də təqdim edib.

Reyslər Milan-Tbilisi-Milan, Marsel-Kutaisi-Marsel və Bolonya-Kutaisi-Bolonya istiqamətləri üzrə olacaq.

Milan-Tbilisi-Milan reysi noyabrın 6-dan etibarən həftədə 4 dəfə, Marsel-Kutaisi-Marsel reysi noyabrın 7-dən etibarən həftədə 2 dəfə, Bolonya-Kutaisi-Bolonya reysi isə noyabrın 9-dan etibarən həftədə 2 dəfə yerinə yetiriləcək.

Uçuşlar qış mövsümünün sonuna qədər “Boeing B737” təyyarələrində həyata keçiriləcək.

Oxşar xəbərlər