• 17.11.2019

Gürcüstanın turizmdən gəliri azalıb

 Gürcüstanın turizmdən gəliri azalıb

Sentyabr ayında Gürcüstan turizmdən 318,6 mln. dollar gəlir əldə edib.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilib.

Aylıq müqayisədə Gürcüstanın turizmdən gəlirində 94,2 mln. dollar və ya 22,8% azalma qeydə alınıb. İllik müqayisədə isə gəlir 4,9% azalıb.

Bu ilin yanvar-sentyabr aylarında isə ölkənin turizmdən gəliri 2 582,8 mln. dollara bərabər olub. Gəlirin ən böyük hissəsi 412,8 mln. dollar olmaqla avqust, ən az hissəsi isə 164,5 mln. dollar olmaqla yanvar ayının payına düşüb.

Mənbə: Report

Oxşar xəbərlər