• 07.12.2019

Gürcüstan xaricə ən çox nə satıb, nə alıb?

 Gürcüstan xaricə ən çox nə satıb, nə alıb?

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın ən çox ixrac etdiyi məhsulların siyahısında mis filizi birinci yeri tutub.

NewsBureau bu barədə ölkənin Milli Statistika İdarəsinə istinadla xəbər verir.

Bu ilin ilk 9 ayı ərzində Gürcüstan xarici ölkələrə 476,4 mln. dollar dəyərində mis filizi satıb. Bu məhsulun ölkənin ümumi ixracında payı 17,5% təşkil edib.

İxrac edilən məhsulların ilk üçlüyündə daha sonra minik avtomobilləri və ferroərintilər qərarlşıb. Yanvar-sentyabr aylarında Gürcüstandan 454,3 mln. dollar dəyərində avtomobil, 240 mln. dollar dəyərində isə ferroərintilər ixrac olunub.

Avtomobillər ümumi ixracda 16,7%, ferroərintilər isə 8,8% paya sahib olub.

Hesabat dövründə Gürcüstanın ən çox idxal etdiyi məhsulların ilk üçlüyünə neft və neft məhsulları (543,2 mln. dollar), minik avtomobilləri (483,2 mln. dollar) və mis filizi (412,4 mln. dollar) daxildir.

Oxşar xəbərlər