• 07.12.2019

Gürcüstan Azərbaycanla 755 mln dollarlıq ticarət edib

 Gürcüstan Azərbaycanla 755 mln dollarlıq ticarət edib

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 754 mln 855,6 min dollara bərabər olub.

NewsBureau  xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,2% təşkil edib. Azərbaycan Gürcüstanın Türkiyə, Rusiya və Çindən sonra dördüncü ən böyük ticarət tərəfdaşı olub.

İlin ilk doqquz ayı ərzində Gürcüstanın Azərbaycana ixracı 355 mln 113 min dollar təşkil edib. Bu göstəricidə illik müqayisədə 4% artım qeydə alınıb. Azərbaycan Gürcüstanın ümumi ixracında 13,1% paya sahib olmaqla Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

Yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 399 mln 742,5 min dollar dəyərində məhsul idxal edib. Ötən ilin eyni göstəricisi ilə müqayisədə Gürcüstanın Azərbaycana idxalı 0,9% azalıb. Azərbaycanın qonşu ölkənin ümumi idxalındakı payı 6,2% olub ki, bu göstərici ilə Azərbaycan Gürcüstanın Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 9 mlrd 193,7 mln dollar təşkil edib. İllik müqayisədə qonşu ölkənin əmtəə dövriyyəsi 0,5% artıb. İxrac 11,1% artaraq mlrd 719, 2 mln dollar, idxal isə 3,3% azalaraq 6 mlrd 747,5 mln dollar olub. 

Mənbə: Report

Oxşar xəbərlər