• 07.12.2019

Azərbaycandan olan iş adamları Marneuliyə səfər ediblər

 Azərbaycandan olan iş adamları Marneuliyə səfər ediblər

Azərbaycandan Gürcüstana gələn bir qrup iş adamı Marneuli rayonuna səfər edib.

NewsBureau xəbər verir ki, səfərin əsas məqsədi Marneulinin biznes mühiti və investisiya imkanları ilə tanış olmaqdır.

İş adamlarından ibarət nümayəndə heyəti rayonda fəaliyyət göstərən “Marneuli Food Factory”, “Karmen” MMC və digər istehsal müəssisələrinə baş çəkiblər.

Nümayəndə heyətini Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Marneuli meri Zaur Darğallı və digər rəsmi şəxslər müşayiət ediblər.

Ş.Rexviaşvili azərbaycanlıiş adamları ilə keçirilən görüşdə Gürcüstanda əlverişli biznes mühit və invesyisiya imkanları barədə danışıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri də iştirak ediblər.

Oxşar xəbərlər