• 07.12.2019

Gürcüstan Azərbaycandan 122,4 min ton yanacaq alıb

 Gürcüstan Azərbaycandan 122,4 min ton yanacaq alıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 122,4 min ton benzin və dizel yanacağı idxal edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib.

Hesabat dövründə Azərbaycanın Gürcüstanın ümumi yanacaq idxalındakı payı 15,7% təşkil edib.

Bu ilin ilk doqquz ayı ərzində Gürcüstan 779,4 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da illik müqayisədə 35 min ton və yaxud 4,3% azdır.

Gürcüstan ən çox Rusiyadan yanacaq (231,7 min ton) idxal edib. Ruminiyadan 215,5 min ton, Türkmənistandan 87,9 min ton, Bolqarıstandan 68,3 min ton, Yunanıstandan 45,9 min ton benzin və dizel yanacağı alınıb.

Oxşar xəbərlər