• 07.12.2019

Ötən ay Azərbaycandan Gürcüstana 2 mln. dollar köçürülüb

 Ötən ay Azərbaycandan Gürcüstana 2 mln. dollar köçürülüb

Ötən ay Azərbaycandan Gürcüstana 2 mln. dollar həcmində pul köçürülüb.

Gürcüstan Milli Bankının yaydığı məlumata əsasən, Azərbaycanın ölkəyə daxil olan ümumi pul köçürmələrindəki payı 1,34 %-ə bərabər olub.

İllik müqayisədə Azərbaycandan Gürcüstana göndərilən pul vəsaitlərinin həcmi 28% artıb.

Sentyabr ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 149,8 mln. dollar pul daxil olub. Bu həcm ötən ilin analoji göstəricisindən 18,3 mln. dollar və ya 13,9% çoxdur.

Gürcüstandan xarici ölkələrə köçürülən pul kütləsinin həcmi isə 6,5% artaraq 20,5 mln. dollara bərabər olub.  

Mənbə: Report

Oxşar xəbərlər