• 07.12.2019

Gürcüstanın ixracı artıb, idxalı azalıb

 Gürcüstanın ixracı artıb, idxalı azalıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 9 mlrd. 193,7 mln. dollar təşkil edib.

NewsBureau ölkənin Milli Statistika İdarəsinin hesabatına istinadla xəbər verir ki, illik müqayisədə xarici ticarət dövriyyəsi 0,5% artıb.

Hesabat dövründə ixrac 2 mlrd. 719,2 mln. dollar (+11,1%), idxalı isə 6 mlrd. 474,5 mln. dollara (-3,3%) bərabər olub.

Ticarət kəsiri 3 mlrd. 755,3 mln. dollar olub. Bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,8% təşkil edib.

Oxşar xəbərlər