• 07.12.2019

Sentyabrda Gürcüstana gələn turistlərin statistikası

 Sentyabrda Gürcüstana gələn turistlərin statistikası

Sentyabr ayında Gürcüstana səfər edən, 24 saat və daha çox müddətə ölkədə qalan ziyarətçilərin sayı 420 390 nəfər təşkil edib.

Daxili İşlər Nazirliyinin hesabatına əsasən, illik müqayisədə ölkəyə gələn əcnəbilərin sayı 1,9% azalıb.

Ötən ay ölkəyə səfər edən xarici vətəndaşların ümumi sayı 839 358 nəfər olub ki, bu da illik müqayisədə 3% çoxdur.

Milli Turizm Administrasiyasının məlumatına əsasən, sentyabrda Gürcüstana 917 044 beynəlxalq səyahətçi gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% çoxdur. Turist səfərlərinin sayı isə 0,6% artaraq 539 524 təşkil edib.

Ötən ay Gürcüstan ən çox ziyarətçiləri Rusiya (147 425 nəfər) və Azərbaycandan (145 482 nəfər) qəbul edib.

Oxşar xəbərlər