• 07.12.2019

Gürcüstanda məşğulluq agentliyi yaradılır

 Gürcüstanda məşğulluq agentliyi yaradılır

Gürcüstan hökumətinin qərarı ilə ölkədə Məşğulluğun Təşviqi üzrə Dövlət Agentliyi yaradılır.

Qərara əsasən, publik hüquqi şəxs olacaq yeni qurum dövlətin əmək bazarında fəal siyasətini həyata keçirəcək və əhali arasında məşğulluğun artırılması istiqamətində fəaliyyət göstərəcək.

Yeni agentliyə Sosial Xidmət Agentliyinin əmək və məşğulluğu təşviq etmək funksiyaları və səlahiyyətləri həvalə olunacaq.

Qeyd edək ki, Gürcüstanda işsizlik ən əsas problemlərdən biridir. Bu ilin II rübündə ölkədə işsizlik 11,4% təşkil edib.

Oxşar xəbərlər