• 07.12.2019

Azərbaycana gedən gürcü turistlərin sayı artıb

 Azərbaycana gedən gürcü turistlərin sayı artıb

Sentyabr ayında Gürcüstandan Azərbaycana 58,4 min nəfər səfər edib.

Azərbaycanın Dövlət Turizm Agentliyinin hesabatına əsasən, ölkəni ziyarət edən gürcü turistlərin sayı illik müqayisədə 13% artıb.

Yanvar-sentyabr aylarında isə Azərbaycan Gürcüstandan 530,9 min nəfər ziyarətçi qəbul edib. Ziyarətçilərin sayında 21,7% artım qeydə alınıb.

Oxşar xəbərlər