• 06.12.2019

Gürcüstana gələn əcnəbilərin sayı artıb

 Gürcüstana gələn əcnəbilərin sayı artıb

Sentyabr ayında Gürcüstana 917 044 əcnəbi ziyarətçi səfər edib.

Bu barədə ölkənin Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Ölkəyə səfər edənlərin sayı illik müqayisədə 2,8% artıb. Turist səfərlərinin sayı isə 539 524 nəfər (+0,6%) təşkil edib. 

Ötən ay Gürcüstanın ən çox ziyarətçi qəbul etdiyi ölkələrin ilk üçlüyü:  

– Rusiya (147 425 nəfər)

– Azərbaycan (145 482 nəfər )

– Ermənistan (128 670 nəfər)

Oxşar xəbərlər