• 07.12.2019

Gürcüstana səfər edən azərbaycanlıların sayı 1,1 mln nəfəri ötüb

 Gürcüstana səfər edən azərbaycanlıların sayı 1,1 mln nəfəri ötüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 169 831 nəfər təşkil edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə Gürcütana gələn azərbaycanlı turistlərin sayı 74 984 nəfər  və ya 6,8% artıb.

2019-cu ilin ilk 9 ayı ərzində Gürcüstanın ən çox turist qəbul etdiyi ölkələrin arasında birinci yeri 1 205 974 nəfərlə Rusiya tutub. İkinci yerə Azərbaycan, üçüncü yerdə isə Ermənistandır (993 144 nəfər).

Hesabat dövründə Gürcüstana, ümumilikdə, 7 237 560 əcnəbi ziyarətçi gəlib ki, bu da ötən illə müqayisədə 6,6% çoxdur.

Oxşar xəbərlər