Gürcüstanda ən uzun tunelin inşasına 60 mln. dollar ayırılıb

 Gürcüstanda ən uzun tunelin inşasına 60 mln. dollar ayırılıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstanda inşa olunacaq ən uzun tunelin inşasına 60 mln. dollar həcmində maliyyə resursunun ayrılmasını təqsdiq edib.

Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Tunel Şimal-Cənub dəhlizinin Kveşeti-Kobi yolunda yerləşəcək və uzunluğu 9 kilometr təşkil edəcək.

Kveşeti-Kobi yolunun inşasına Asiya İnkişaf Bankı artıq 415 mln. dollar ayırıb. Dövlət tərəfindən maliyyələşdirmənin həcmi isə 83,6 mln. dollar təşkil edəcək.

Layihəyə əsasən iki zolaqlı 22,7 kilometrlik asfalt-beton örtüklü yolun çəkilməsi, 6 körpü, 5 tunel və 9 kilometrlik bir tunelin inşası nəzərdə tutulub. Qeyd edək ki, Kveşeti-Kobi yolunun inşa işləri 2019-cu ildə başlanılacaq və 2023-cü ildə yekunlaşdırılacaq.

Digər xəbərlər