• 07.12.2019

Lari kəskin ucuzlaşıb

 Lari kəskin ucuzlaşıb

Gürcüstanın milli valyutası olan lari yenidən kəskin ucuzlaşıb.

Milli Bankın sentyabrın 27-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9808 lari təşkil edir.

Bununla bağlı bank bu gün valyuta hərracına 40 mln. ABŞ dolları çıxaracaq.

Yarım il ərzində lari dollara qarşı 11,1% ucuzlaşıb. Martin 26-da 1 ABŞ dolları 2,6822 lari idisə, sentyabrın 27-də artıq 2,9808 lariyə bərabər olub.

Oxşar xəbərlər