• 07.12.2019

Giorgi Qaxaria SOCAR prezidenti ilə görüşüb

 Giorgi Qaxaria SOCAR prezidenti ilə görüşüb

Gürcüstanın baş naziri Giorgi Qaxaria Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Gürcüstan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, tərəflər SOCAR-ın Gürcüstanda həyata keçirdiyi investisiya layihələrini müzakirə ediblər.

Görüşdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev və Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak ediblər.

Oxşar xəbərlər