• 07.12.2019

Gürcüstana yanacaq idxalı azalıb

 Gürcüstana yanacaq idxalı azalıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstana 676,8 min ton benzin və dizel yanacağı idxal olunub.

Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib.

İllik müqayisədə yanacaq idxalı 56,4 min ton və ya 7,7% azalıb.

Hesabat dövründə Gürcüstan 349,1 min ton benzin (+3,7%) və 327,7 min ton dizel (-11,6%) yanacağı alıb.

Gürcüstan Rusiyadan 197,4 min ton, Rumıniyadan 190,5 min ton, Azərbaycandan 122,4 min ton, Türkmənistandan 69,6 min ton, Bolqarıstandan 60,3 min ton, Yunanıstandan 35,4 min ton benzin və dizel yanacağı alıb.

Oxşar xəbərlər