Gürcüstana səfər edən əcnəbilərin sayı 6%-ə yaxın artıb

Avqust ayında Gürcüstana 1 254 554 əcnəbi ziyarətçi səfər edib.
Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatına əsasən, bu, ötən ilin analoji göstəricisindən 5,8% çoxdur.
Gürcüstanın ən çox ziyarətçi qəbul etdiyi ölkələrin ilk üçlüyü aşağıdakı kimidir:
Azərbaycan — 287 378 nəfər
Rusiya — 252 873 nəfər
Ermənistan — 249 706 nəfər