• 07.12.2019

Gürcüstan Polşa ilə birgə BTQ-ya əlavə yüklər cəlb edəcək

 Gürcüstan Polşa ilə birgə BTQ-ya əlavə yüklər cəlb edəcək

“Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Davit Peradzenin başçılıq etdiyi nümayəndə heyəti Polşaya səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Krakov şəhərində keçirilən III Nəqliyyat Konfransında iştirak edib.

D.Peradze tədbirdə Gürcüstanın tranzit potensialı, ölkədən keçən nəqliyyat dəhlizləri və “Gürcüstan Dəmir Yolları”nın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat təqdim edib.

Konfrans çərçivəsində Gürcüstan nümayəndə heyəti Polşanın “PKP LHS” şirkətinin nümayəndələri ilə danışıqlar aparıb. Tərəflər Avropa-Asiya-Avropa marşrutu, həmçinin Bakı-Tbilisi-Qars dəmir yoluna əlavə yüklərin cəlb olunması ilə bağlı birgə fəaliyyət planı barədə razılığa gəliblər.

Nümayəndə heyəti bildirib ki, Gürcüstan-Rumıniya və Gürcüstan-Ukrayna istiqamətində mütəmadi yük daşınmaları həyata keçiriləcək ki, bu da Qara dənizdə konteyner daşınmalarına tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq.

Oxşar xəbərlər