• 07.12.2019

Gürcüstan əhalisinin 84,8%-nin mobil telefonu var

 Gürcüstan əhalisinin 84,8%-nin mobil telefonu var

Bu il aparılan araşdırmaya əsasən, Gürcüstan əhalisinin 84,8%-nin mobil telefonu var.

Bu, ötən ilin eyni göstəricisindən 2,3% çoxdur.

Son üç ayda internet istifadəçilərinin 92,8%-i mobil avadanlıqlardan (mobil telefon, noutbuk, planşet və s.) simsiz internetə qoşulmaq üçün istifadə edib.

Gürcüstan əhalisinin 60,8%-i kompüterlərdən istifadə edir. Bu göstərici qadınlar üçün 58,7%, kişilər üçün isə 63,1% təşkil edir.

Ölkədə internet istifadəçilərinin 84,7%-i 15-29 yaş qrupunda olan şəxslərdir.

Oxşar xəbərlər