Tbilisidəki Azərbaycan teatrı ilə bağlı hansı planlar var?

 Tbilisidəki Azərbaycan teatrı ilə bağlı hansı planlar var?

24 Sentyabr, 2020 | 21:06

Bu gün Tbilisidə Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri – David ZalkalianiCeyhun Bayramovun keçirdiyi birgə mətbuat konfransında Tbilisidəki Azərbaycan teatrının məsələsinə də toxunulub.

NewsBureau xəbər verir ki, D.Zalkaliani Heydər Əliyev adına teatrla bağlı bəzi addımların atılması ilə bağlı istəyin olduğunu bildirib.

Nazir deyib ki, hər iki ölkə arasında yeni layihələrin həyata keçirilməsi planlaşdırılıb.

XİN başçısı gələcək əməkdaşlığın əhəmiyyətli nəticələr gətirəcəyinə ümidvar olduğunu qeyd edib.  

Digər xəbərlər