“Oskar”a namizəd gürcü filminin seçiminə başlanılıb

 “Oskar”a namizəd gürcü filminin seçiminə başlanılıb

2 Sentyabr, 2020 | 20:08

Gürcüstanın Milli Kino Mərkəzi “Oskar” mükafatının “Beynəlxalq tammetrajlı film” nominasiyasına təqdim etmək üçün müraciətlərin qəbuluna başlayıb.

NewsBureau xəbər verir ki, qalib film oktyabrın 10-dək elan olunacaq.

Mərkəz müraciətləri prodüser şirkətlərindən sentyabrın 1-dən 30-dək qəbul edəcək.

Xüsusi komissiya gizli səsvermə yolu ilə “Oskar”a namizəd olacaq filmi seçəcəklər.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən “Oskar” mükafatının təqdimetmə mərasimi 2021-ci ilin fevralın 25-i əvəzinə aprelin 25-də keçiriləcək.

Digər xəbərlər