“Era Teatrı” və GAİM qısa film müsabiqəsi elan edib

 “Era Teatrı” və GAİM qısa film müsabiqəsi elan edib

“Era Teatrı” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə layihəsi olan qısa film müsabiqəsi elan olunub.

NewsBureau xəbər verir ki, bu barədə GAİM-dən bildirilib.

Müsabiqədə qalib gələnlərə, müvafiq olaraq, birinci yer – 250 lari, ikinci yer – 150 lari, üçüncü yer – 100 lari dəyərində pul mükafatı veriləcək. Müsabiqəyə son qatılma tarixi 27 maydır.

Bu tarixədək filmlərin erateatri@gmail.com ünvanına göndərilməsi xahiş olunur. Filmi göndərərkən adınızı, soyadınızı və filmin adını qeyd etməlisiniz. Qalib filmlər həm münsiflərin, həm də izləyicilərin dəyərləndirilməsi ilə seçiləcəkdir.

Müsabiqənin şərtləri belədir:

1) Filmin uzunluğu maksimum 3 dəqiqə olmalıdır.

2) Film istənilən mövzuda və istənilən janrda ola bilər. Lakin dini dəyərləri, etnik kimliyi və siyasi ideologiyaları hədəf alan mövzulara müsabiqədə yer verilməyəcək.

3) Müsabiqəyə yaşından aslı olmayaraq hər bir Gürcüstan vətəndaşı qatıla bilər.

4) Müsabiqənin şəffaflığına kölgə düşməməsi üçün “Era Teatrı”nın üzvləri müsabiqəyə qatıla bilməyəcəklər.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə paylaşılmış və ya plagiat olduğu aşkarlanan filmlər müsabiqədən kənarlaşdırılacaq.

Digər xəbərlər