• 02.07.2020

Gürcüstanın televiziya kanalında Azərbaycan milli rəqsi təqdim olunub – FOTO+VİDEO

 Gürcüstanın televiziya kanalında Azərbaycan milli rəqsi təqdim olunub – FOTO+VİDEO

Ötən gün Gürcüstanın Post TV kanalının “Post-Alion” səhər verilişi Beynəlxalq Ana Dili Gününə həsr olunub.

NewsBureau xəbər verir ki, verilişdə Azərbaycan dili və mədəniyyətinə də yer verilib.

Səhər proqramında “Ceyran” rəqs ansamblının ən kiçik solistləri TuranGüllü Abdullayevalar Azərbaycanın “Naz eləmə” milli rəqsini ifa ediblər. Rəqs nömrəsi heyranlıq və alqışlarla qarşılanıb.

Proqrama qonaq qismində Gürcüstanın Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva da dəvət olunub.

O, aparıcalara və digər qonaqlara Azərbaycan dilində bəzi salamlama, hal-əhval tutma sözləri ilə müraciət edib və gürcü dilində onların mənalarını da izah edib. G.Mustafayeva nümayiş etdirilən rəqs barədə də məlumat verib.

Beynəlxalq Ana Dili Günü üçün təşkil olunan Post TV-nin səhər buraxılışında, "Ceyran" azərbaycan rəqs ansamblın ən kiçik solistləri Turan və Güllü Abdulayyevlər çixiş etdi.

Опубликовано Ceyran Ansamblı / ანსამბლი "ჯეირანი" Пятница, 21 февраля 2020 г.

Digər xəbərlər