• 28.05.2020

Azərbaycanlı rəssamlar Bakıda Gürcüstana həsr olunan əsərlərini sərgiləyib – FOTO

 Azərbaycanlı rəssamlar Bakıda Gürcüstana həsr olunan əsərlərini sərgiləyib – FOTO

Fevralın 18-də Bakıda “Gürcüstan-Azərbaycan dostluğu nəsildən-nəslə” adlı sərgi keçirilib.

NewsBureau xəbər verir ki, tədbir Yasamal rayon Heydər Əliyev Mərkəzində Gürcüstanın Azərbaycandakı səfirliyi, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Sərgidə 120 rəssamın 150 əsəri təqdim olunub. Əsərlərdə Gürcüstan və Azərbaycan arasında çoxəsrlik dostluq, hər iki ölkənin mədəniyyəti, təbiəti və adət-ənənələri təsvir olunub.  

Tədbirdə çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasındakı münasibətlərdən söz açıb. O deyib ki, mədəniyyət və incəsənət insanlar arasında əlaqələrin gücləndirilməsində vacib rol oynayır. Səfir əsərlərində Gürcüstanla bağlı emosiyaları və təəssüratlarını əks etdirən azərbaycanlı rəssamlara minnətdarlığını bildirib.

Sonda Z.Pataradze əsərləri sərgilənən müəllifləri diplomlarla təltif edib.

Digər xəbərlər