• 12.07.2020

Zəlimxan Yaqub adına Poeziya evinin inşası üçün torpaq sahəsi ayrılıb

 Zəlimxan Yaqub adına Poeziya evinin inşası üçün torpaq sahəsi ayrılıb

Gürcüstanda Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun adına anadan olduğu Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndində poeziya evinin inşası üçün torpaq sahəsi ayrılıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov məlumat verib.

Onun sözlərinə görə, torpaq sahəsinin ayrılması barədə Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili kənd sakinləri ilə görüşdə bildirib.

R.Bəkirov deyib ki, bu gün Bolnisi bələdiyyəsinin nümayəndələri ilə poeziya evinin tikiləcəyi sahəyə baxış keçirilib və binanın layihəsi barədə fikir mübadiləsi aparılıb.

O, Z.Yaqubun xatirəsinin əbədiləşdirilməsi məsələsinə göstərdikləri diqqət və dəstəyə görə Bolnisi rayon rəhbərliyi və  rayondan olan majoritar deputat Qoqita Meşvelianiyə minnətdarığını ifadə edib.

Qeyd edək ki, ötən ayın 21-də Z.Yaqubun anadan olmasının 70 illiyi tamam olub.

Digər xəbərlər