• 09.04.2020

Kinorejissor Giorgi Şengelaya vəfat edib

 Kinorejissor Giorgi Şengelaya vəfat edib

Gürcüstanın tanınmış kinorejissoru Giorgi Şengelaya vəfat edib.

NewsBureau xəbər verir ki, 82 yaşlı rejissor xəstəlikdən müalicə olunub və bu gün səhər dünyasını dəyişib.

Gürcüstanın xalq artisti 1937-ci ilin mayın 11-də Moskavada anadan olub. O, ilk “Alaverdoba” filmini 1962-ci ildə, son ekran əsəri olan “Və qatar gedirdi” filmini isə 2005-ci ildə lentə alıb.

G.Şengelaya bir sıra filmlərə də çəkilib. Kinorejissor bir sıra beynəlxalq mükafatlara da layiq görülüb.

Digər xəbərlər