• 20.02.2020

“Azdrama” Gürcüstanda tamaşalar göstərəcək

 “Azdrama” Gürcüstanda tamaşalar göstərəcək

“Gürcü teatr ictimaiyyətinin Akademik Milli Dram Teatrına böyük marağı var”.

NewsBureau xəbər verir ki, bunu Azərbaycanın Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib.  

Onun sözlərinə görə, Kutaisi, Tbilisi və digər şəhərlərdə olan teatrlar qastrola dəvətlər alınıb: “Gürcüstanın dünyada tanınmış teatr rejissoru Robert Sturua ilə çox gözəl münasibətimiz var. Bu münasibətin və dostluğun tarixi 40 ilə yaxındır. Məhz onun və digər dostlarımızın dəvəti ilə qonşu ölkənin teatrsevərləri üçün tamaşalar oynayacağıq”.

Digər xəbərlər