Salome Zurabişvili Ariadna Şengelayanı “Şərəf” ordeni ilə mükafatlandırıb

 Salome Zurabişvili Ariadna Şengelayanı “Şərəf” ordeni ilə mükafatlandırıb

Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin xalq artisti Ariadna Şengelayanı “Şərəf” ordeni ilə təltif edib.

NewsBureau xəbər verir ki, kinoaktrisaya mükafat onun 83 illiyinə həsr olunan tədbirdə təqdim olunub.

A.Şengelaya bu mükafata Gürcüstanın kino sənətinin inkişafına verdiyi töhfələrə və məhsuldar yaradıcılığına görə layiq görülüb.

Qeyd edək ki, aktrisanın 83 yaşı yanvarın 13-də qeyd olunub. Həmin gün Tbilisidə Rustaveli kinoteatrının qarşısında onun adına ulduz açılıb.

A.Şengelaya Azərbaycanın “Romeo mənim qonşumdur” filmində Nona, “Bizi bağışlayın” filmində Klara, “Ən vacib müsahibə” filmində isə Səidə rollarında çəkilib.

Digər xəbərlər