• 04.04.2020

Tblisidə kinoaktrisa Ariadna Şengelayanın adına ulduz açılıb – FOTO

 Tblisidə kinoaktrisa Ariadna Şengelayanın adına ulduz açılıb – FOTO

Tbilisidə Gürcüstan və Rusiyanın xalq artisti Ariadna Şengelayanın 83 illiyi qeyd olunub.

NewsBureau xəbər verir ki, şəhərin mərkəzində yerləşən “Rustaveli” kinoteatrının qarşısında aktrisanın adına ulduz açılıb.

A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrında A.Şengelayanın yaradıcılıq gecəsi də keçirilib.

1960-1970-ci illərin ən populyar kino aktrisası olan A.Şengelaya uzun illərdir Tbilisidə yaşayır. 2007-ci ildən etibarən ictimaiyyət qarşısında görünməyən aktrisa yaradıcılıq gecəsində tamaşaçılarını sevindirib. Səhnədə görünən A.Şengelaya ayaq üstə alqışlarla qarşılanıb.

Qeyd edək ki, A.Şengelaya bir neçə Azərbaycan filmində də baş rollarda çəkilib. O,  “Romeo mənim qonşumdur” filmində Nona, “Bizi bağışlayın” filmində Klara, “Ən vacib müsahibə” filmində isə Səidə kimi parlaq obrazları ilə azərbaycanlı kinosevərlərin xatirəsində qalıb.

Qızlıq soyadı Şprink olan aktrisa Gürcüstanın xalq artisti, kinorejissor Eldar Şengelayanın həyat yoldaşı olub.

“Romeo mənim qonşumdur” filmi (1963)
 “Ən vacib müsahibə” filmi (1971)
“Bizi bağışlayın”  filmi (1979)

/Report/

Digər xəbərlər