• 29.01.2020

Minskdə “Mimino”nun heykəli açılıb

 Minskdə “Mimino”nun heykəli açılıb

Belarusun paytaxtı Minsk şəhərində məşhur “Mimino” filminin baş qəhrəmanının heykəli açılıb.

NewsBureau xəbər verir ki, mərasimdə məşhur aktyor və müğənni Vaxtanq Kikabidze də iştirak edib.

Abidənin müəllifi belarus heykəltəraş Sergey Vozisovdur. Kiçik ölçülü heykəl V.Kikabidzenin filmdə yaratdığı Valiko Mizandari obrazının tuncdan fiqurunu əks etdirir.

V.Kikabidze Minskdə “Mimino”ya heykəlin açılmasından şad olduğunu deyib.  O qeyd edib ki, Belarus paytaxtı ilə bağlı olduqca xoş xatirələri var.

“Mimino” heykəli Minskin Xalqlar dostluğu parkında qoyulub və Belarus-Gürcüstan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünə həsr olunub.

Oxşar xəbərlər