• 12.12.2019

Tbilisi və Marneulidə gürcü-türk xalq musiqiləri konserti keçiriləcək

 Tbilisi və Marneulidə gürcü-türk xalq musiqiləri konserti keçiriləcək

Tbilisi Yunus Emre İnstitutu, İlya Dövlət Universiteti və Marneulidəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşkilatçılığı ilə xalq musiqiləri konserti keçiriləcək.

NewsBureau xəbər verir ki, ilk konsert dekabrın 4-də saat 16:00-da GAİM-də, növbəti konsert isə dekabrın 5-də saat 19:30-da İlya Dövlət Universitetində (201-ci zal) baş tutacaq.

Konsertlər Türkiyədən dəvət olunacaq Doç. Dr. Erdem Özdemir (Bağlama, Lavta, Vokal), Salih Bulut (Kabak Kemane, Azeri Kemança) və Tugay Bütün (Kaval, Bağlama, Ritim) tərəfindən veriləcək.

Tbilisidəki konsertdə gürcü xalq musiqisi sənətçiləri də səhnə alacaqlar.

Hər iki konsertə giriş sərbəstdir.

Oxşar xəbərlər