• 13.12.2019

Tbilisi Azərbaycan dram teatrı “Ayı” tamaşasını göstərib – FOTO

 Tbilisi Azərbaycan dram teatrı “Ayı” tamaşasını göstərib – FOTO

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Anton Çexovun “Ayı” pyesi əsasında səhnələşdirdiyi eyni adlı tamaşanı təqdim edib.

NewsBureau xəbər verir ki, Azərbaycan dilində olan səhnə əsəri Amiran Şalikaşvili adına Gürcüstan Dövlət Pantomim Teatrında göstərilib.

Tamaşanın rejissoru, rəssam və musiqi tərtibatçısı teatrın bədii rəhbəri Turqay Vəlizadədir. Səhnə əsərində rolları T.Vəlizadə ilə yanaşı teatrın aparıcı aktrisaları Leyla QasımovaAida Tağıyeva ifa ediblər.

Tamaşanın premyerası böyük rəğbət və alqışlarla qarşılanıb.

Oxşar xəbərlər