• 14.12.2019

Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyinin direktoruna medal təqdim olunub – FOTO

 Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyinin direktoruna medal təqdim olunub – FOTO

Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunub.

NewsBureau xəbər verir ki, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənin sədri Fuad Muradov Bakıda L. Əliyevaya medalı təqdim edib. O, L.Əliyevanı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan Xalq Cümhuriyyəti irsinin qorunmasında onun rəhbərlik etdiyi muzeyin əvəzsiz rolu olduğunu bildirib.

M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru L.Əliyeva göstərilən yüksək etimada görə dövlət başçısına minnətdarlığını bildirib, Azərbaycan mədəniyyətini təmsil etməyin şərəfli bir iş olduğunu diqqətə çatdırıb. O, bildirib ki, Cümhuriyyətlə bağlı medalla təltif olunmağı üzərinə əlavə məsuliyyət qoyur və ona yeni güc verir.

Oxşar xəbərlər