• 14.12.2019

“Tiflisdən Payneyə” filmi Tbilisidə təqdim olunub – FOTO

 “Tiflisdən Payneyə” filmi Tbilisidə təqdim olunub – FOTO

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində “Tiflisdən Payneyə” sənədli filmi təqdim olunub.

NewsBureau xəbər verir ki, ekran əsəri Azərbaycanın görkəmli şairi Mirzə Şəfi Vazehin 225 və alman şairi Fridrix fon Bodenştedtin 200 illik yubileyinə həsr olunub.

Film hər iki şairin həyatı, yaradıcılığı və onlar arasında dostluq münasibətlərindən bəhs edir. Sənədli filmin ideya müəllifi Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayevdir.

Tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Gürcüstandakı səfirliyi, Gürcüstanda Almanların Assosiasiyasının nümayəndələri, ziyalılar, gənclər və məktəblilər iştirak ediblər.

Oxşar xəbərlər