• 14.12.2019

Tbilisidə Cəlil Məmmədquluzadənin 150 illiyi qeyd olunub – FOTO

 Tbilisidə Cəlil Məmmədquluzadənin 150 illiyi qeyd olunub – FOTO

Tbilisidə Azərbaycanın böyük dramaturqu, publisisti və ictimai xadimi Cəlil Məmmədqulizadənin 150 illik yubileyi qeyd olunub.

NewsBureau xəbər verir ki, Gürcüstanın Milli Parlament Kitabxanasında böyük ədibin yaradıcılığı mövzusunda elmi konfrans keçirilib. Toplantıda C.Məmmədquluzadənin Tbilisidəki yaradıclıq dövrü, onun Azərbaycan ədəbiyyatında yaratdığı yeni mərhələ, ictimai-siyasi fikrin formalaşmasındakı xidmətlərindən danışılıb.

Tədbirdən öncə iştirakçılar Tbilisidə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Daha sonra C.Məmmədquluzadənin Tbilisidəki ev muzeyi də ziyarət olunub.

Tədbirlər Gürcüstanın Azərbaycanlı Ağsaqallar Şurasının təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilib.

Tbilisidəki yubiley tədbirləri çərçivəsində Gəncə Dövlət Dram Teatrı A.S. Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyasının əsasında hazırlanan eyni adlı tamaşa təqdim edib.

Tamaşçılar səhnə əsərini böyük rəğbət və alqışlarla qarşılayıblar.

Oxşar xəbərlər