• 14.12.2019

Tbilisidə Azərbaycanın Müstəqillik Günü konsert proqramı ilə qeyd edilib – FOTO

 Tbilisidə Azərbaycanın Müstəqillik Günü konsert proqramı ilə qeyd edilib – FOTO

Bu gün Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində konsert proqramı təqdim olunub.

NewsBureau xəbər verir ki, konsert 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin 28-ci ildönümü münasibətilə keçirilib.

Muzeyin direktoru Leyla Əliyeva çıxış edərək Azərbaycandan gələn nümayəndə heyətini dövlət bayramı münasibətilə təbrik edib. O bildirib ki, muzey Azərbaycanın dövlət bayramlarının qeyd olunmasına xüsusi diqqət ayırır. L.Əliyeva Bakıdan gələn uşaq musiqi kollektivlərinin muzeydə dəfələrlə çıxış etdiyini qeyd edib.

Tədbirdə Bakının Mehdiabad qəsəbəsi Uşaq Musiqi Məktəbinin kollektivi Azərbaycanın xalq mahnı və musiqi nümunələrini ifa ediblər. Yeniyetmə xanəndənin ifa etdiyi “Qarabağ şikəstəsi” konsert tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

İzləyicilər arasında azərbaycanlı və gürcü ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri olub.

Oxşar xəbərlər