Gürcüstanda sabah hava necə olacaq? – PROQNOZ

 Gürcüstanda sabah hava necə olacaq? – PROQNOZ

18 Sentyabr, 2020 | 16:30

Sabah Gürcüstanın qərbində yağışlı hava gözlənilir.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit üzrə Milli Agentliyindən bildirilib.

Qara dəniz sahillərində arabir güclü külək əsəcək. Bəzi yerlərdə güclü yağış, dolu yağacağı, dənizdə 2-3 ballıq fırtına proqnoz edilir.

Gözlənilən intensiv yağıntılar ölkənin qərbində çaylarda suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra, dağlıq rayonlarda isə sürüşmə proseslərini aktivləşdirə bilər.

Digər xəbərlər