Gürcüstanda seçicilərə hədə-qorxu gələnlər həbs olunacaq

 Gürcüstanda seçicilərə hədə-qorxu gələnlər həbs olunacaq

26 Avqust, 2020 | 14:48

Hakim Gürcü Arzusu Partiyası səsvermə ilə bağlı yeni təşəbbüslə çıxış edib.

NewsBureau xəbər verir ki, bu barədə parlament sədri Arçil Talakvadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, təşəbbüsə əsasən, seçicilərin səs verməsi ilə bağlı məcbur etmə, hədə-qorxu və səsvermə gizliliyinin pozulmasına görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulub.

Spikerin sözlərinə görə, bu pozuntulara yol verən şəxslərə qarşı cərimələr və ya 6 aydan 2 ilədək ev dustaqlığı, yaxud da 3 ilədək həbs cəzası tətbiq olunacaq.

A.Talakvadze qeyd edib ki, qanunvericiliyə dəyişikliklər artıq hazırlanıb və bu gün parlamentə təqdim olunacaq.

Digər xəbərlər