• 09.07.2020

Gürcüstanda qəbul imtahanlarının tarixi elan olunub

 Gürcüstanda qəbul imtahanlarının tarixi elan olunub

9 İyun, 2020 | 14:55

Builki vahid milli imtahanlar iyulun 6-da başlayacaq və iyulun 25-də yekunlaşacaq.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil Nazirliyindən bildirilib.

Qrant müsabiqələri iyulun 25-də, magistratura üzrə imtahanlar isə 1-4 avqust tarixlərində baş tutacaq.

Abituriyentlər və nəzarətçilərin imtahanlara buraxılması üzrə xüsusi qaydalar hazırlanıb. Tövsiyələrə əsasən, hər imtahan sektorunun yalnız 50%-i tutulmalıdır.

Hər sektora 10 nəfər buraxılcaq.  Stollar arasında şəffaf arakəsmə quraşdırılacaq. Masalar arasında məsafə eninə 2 metr, uzununa isə 1 metr təşkil edəcək.

Digər xəbərlər