• 29.02.2020

“Pegasus Airlines” Batumi-İstanbul istiqaməti üzrə uçuşlara başlayır

 “Pegasus Airlines” Batumi-İstanbul istiqaməti üzrə uçuşlara başlayır

Türkiyənin “Pegasus Airlines” aviaşirkəti 2020-ci ilin martın 1-dən etibarən Batumi-İstanbul-Batumi istiqaməti üzrə reyslər həyata keçirməyə başlayacaq.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Uçuşlar həftədə 4 dəfə yerinə yetiriləcək. Aviaşirkət biletlərin satışına artıq başlayıb. Biletlərin qiyməti bir istiqamət üçün 55 avrodan başlayır.  

Hazırda İstanbul-Batumi resylərini yalnız “Turkish Airlines” şirkəti həyata keçirir.

Digər xəbərlər